"Qarabağ"dan Türkiyə klubuna?

"Qarabağ"ın yeni müqavilə imzalamadığı və klubdan ayrılan Adama Diakabi karyerasını Türkiyədə davam etdirməyə yaxındı. Newsport.az xəbər verir ki, "Bandırmaspor" fransalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Bandırmaspor” rəhbərliyi hazırda azad agent statusu daşıyan Diakabi ilə danışıqlara start verib. 28 yaşlı futbolçunun bu təklifə “hə” demək ehtimalı yüksək dəyərləndirilir.

Qeyd edək ki, Diakabi 2023-cü ilin yanvarından 2024-cü ilin mayınadək "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right