"Kəpəz" mövsümlərarası hazırlıq üçün ölkə xaricinə yollanmayacaq.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adil Şükürovun çalışdırdığı komanda iyun ayının 22-dən yeni mövsümün məşqlərinə başlayacaq. Məşqlər Gəncədə keçiriləcək.
Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.
Qeyd edək ki, "Kəpəz" ötən mövsümü 35 xalla 9-cu pillədə başa vurub.