“Neftçi” CAS-da: Mpenza məsələsində 6 saatlıq dinləmə aparıldı FOTO

Emil Mpenza məsələsi barədə dinləmələr baş tutub

22.10.2015-ci il tarixdə İsveçrənin Lozanna şəhərində Emil Mpenza məsələsi barədə İdman Arbitraj Məhkəməsinin (CAS) dinləmələri baş tutub.

Newsport.az-ın məlumatına görə, dinləmələrdə "Neftçi” PFK tərəfindən prosesə cəlb olunmuş ispaniyalı vəkil Jozef Vandellas, klubun icraçı direktoru Elnur Məmmədov, Emil Mpenzanın transferi müddətində danışıqlarda və FİFA ilə yazışmalarda iştirak etmiş Qədir Həsənov ilə Tural Piriyev şahid qismində təmsil olunublar. İsveçrə vaxtı ilə saat 9:30-da başlamış dinləmələr 6 saatdan artıq davam edib. İdman Arbitraj Məhkəməsi prosesin bundan sonrakı gedişatı və qəbul ediləcək hər hansı qərarla bağlı "Neftçi” PFK-ya rəsmi məlumat ünvanlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right