“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turan Vəlizadə ilə müqavilə imzalanıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.  

Qeyd edək ki, “Araz-Naxçıvan” bu yay  Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi") və Tərlan Əhmədlini ("Turan Tovuz") də heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right