2014-15 mövsümün Azərbaycan Kubokunun Qəbələdə baş tutan final oyununda1 gün sonra "Qarabağ”dan ayrılaraq Türkiyə Superliqasında mübarizə aparan "Əskişəhərspor”la 2 illik müqavilə imzalayan Muarem Muarem hazırkı komandasında xoşbəxt deyil.
Newsport.az-ın məlumatına görə, Türkiyə Superliqasının geridə qalan VIII turu ərzində cəmi 2 oyunda forma geyinən (sonradan oyuna daxil olmaq) Muarem qışda "Əskişəhərspor”dan ayrılmağı planlaşdırır.Əldə etdiyimiz bilgiyə görə, Muarem böyük ehtimalla "Qarabağ”a qayıdacaq.
Qeyd edək ki, Muarem 2012-15-ci illərdə "Qarabağ”da oynayıb. O, Ağdam klubunun heyətində 99 oyun keçirib və 17 qol vurub.