Azərbaycan millisindən FİFA reytinqində irəliləyiş

Milli komandaların yeni dünya reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, FİFA-nın tərtib etdiyi siyahıda Azərbaycan millisinin də mövqeyi bəlli olub.

Aktivində 1179.88 xal olan yığmamız hazırda 111-ci sıradadı. Milli komandamız son reytinqlə müqayisədə 1 pillə irəliləyib.

İyunda iki yoldaşlıq oyunu keçirən Azərbaycan yığması bu görüşlərdə Albaniyaya 1:3 hesabı ilə uduzub, Qazaxıstana isə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, reytinq cədvəlinə Argentina başçılıq edir. Son dünya çempionunun aktivində 1860.14 xal var. Fransa ikinci (1837.47), Belçika isə üçüncüdür (1797.98).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right