Rauf Əliyev: “Bu gün xəstəxanadan çıxıram”

Milli komandamızın və "İnter”in forvardı Rauf Əliyevin Almaniyada əməliyyat olunması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görəRauf əməliyyatdan sonrakı vəziyyəti ilə bağlı açıqlama verib:
"Şükürlər olsun ki, əməliyyatım yaxşı keçdi. Həkimlər əməliyyatdan sonrakı durumu uğurlu dəyərləndirirlər. Bu gün xəstəxanadan çıxacaağam. İnşallah ayın sonuna qədər Almaniyada qalmalı olacağam. Terapiya kursu keçməliyəm. Həkimlər bunun vacib olduğunu qeyd edirlər.”
Qeyd edək ki, hücumçu oktyabr ayının 21-i əməliyyat olunub. Onun xərcləri AFFA tərəfindən ödənilib.
Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right