Mirzov günlərini sayır – yeni müqavilə bağlamaq üçün

“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov karyerasını ölkəsi Rusiyada davam etdirəcək.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumameyilli oyunçu sabiq komandası “Ximki”yə qayıdıb.

Mirzov 2020-2023-cü illərdə formasını geyindiyi “Ximki” ilə müqavilənin bütün detallarını razılaşdırıb. Hətta tibbi müayinədən də keçib. Lakin keçidin rəsmiləşməsi üçün tərəflər daha bir neçə gün gözləməlidirlər. Çünki futbolçunun “Neftçi” ilə müqavilə müddəti iyunun sonuna qədərdir. Mizrov iyulun 1-də “Ximki”yə azad agent kimi keçəcək.

Klubun baş direktoru Nikolay Olenev da danışıqların son mərhələdə olduğunu, yalnız münasibətlərin rəsmiləşməsinin qaldığını təsdiqləyib.

Qeyd edək ki, Mirzov 2023-24 mövsümündə “Neftçi”nin heyətində 25 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right