“Sabah”ın rəqibi aparıcı futbolçusunu itirəcək

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Hayfa “Makkabi”si aparıcı futbolçusundan məhrum qala bilər.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İsrail klubunun müdafiəçisi Ali Mohamed digər komandaların maraq dairəsinə düşüb.

Niger millisinin üzvünün ABŞ-a köçmək ehtimalı daha yüksək qiymətləndirilir. Çünki MLS təmsilçisi “Nyu-İnqlend Relovyuşn” 28 yaşlı mərkəz müdafiəçisini transfer etmək üçün danışıqlara başlayıb. MLS-də “transfer pəncərəsi” iyulun 18-də açılacaq. ABŞ klubu həmin vaxta qədər keçidin bütün detallarını razılaşdırmağa çalışır.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab matçını isə avqustun 1-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right