"Sabah"ın "Makkabi" ilə ilk oyunu İsraildə keçirilməyəcək

"Sabah" Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrail "Makkabi" klubu (Hayfa) ilə ilk oyununu səfərdə keçirəcək.

Newsport.az xəbər verir ki, "Sabah"ın səfər görüşü İsraildə baş tutmayacaq. Görüş Macarıstanda təşkil olunacaq.

İsraildə müharibə şəraiti davam etdiyi üçün klubları avrokuboklar görüşünü neytral meydanda keçirməyə davam edir.

Artıq İsrail Futbol Federasiyası ilə Macarıstan Futbol Federasiyası arasında razılıq əldə edilib.

Belə ki, "Makkabi"dən (Hayfa) savayı "Makkabi"(Tel-Əviv),"Hapoel"(Hayfa) klubları da ev matçlarını da Macarıstanda keçirəcək.

Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Sabah” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right