“Sumqayıt” “Sostoi”də oynayacaq

2024-25 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt”ın “Fehervar”la səfər oyununun yeri müəyyənləşib.

Newsport.az saytı Macarıstan mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komanda ev matçını doğma arenasında qəbul edəcək. Belə ki, komandalar arasında cavab qarşılaşması Sekeşfehervar şəhərində yerləşən 14 min tamaşaçı tutumuna malik “Sostoi” stadionunda reallaşacaq. Bu, avqustun 1-nə təsadüf edəcək.

“Sumqayıt” isə bir həftə əvvəl – iyulun 25-də rəqibini öz meydanında qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right