Polşa mətbuatı: "Santuş özünü Azərbaycan kimi daha çox müdafiə olunan millidə sübut edəcək"

Fernandu Santuşun Polşa millisindəki fəaliyyəti xatırlanıb.

Newsport.az xəbər verir ki, Polşa mətbuatında Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunmasına da toxunublar:

"Santuş AVRO-2024-ün seçmə mərhələsində Polşa millisini tərk edəndə komandamız turnirə vəsiqəni təmin edəcək vəziyyətdə deyildi. Əgər ixtiyarınızda Levandovski və digər böyük oyunçular ola-ola, onlardan yararlanmağı bacarmamısızsa, yaxşı iş gördüyünüzü deyə bilməzsiniz. Ola bilsin ki, Santuş özünü Azərbaycan kimi daha çox müdafiə olunan komandada sübut edəcək. O, daha çox müdafiə futboluna yönəlib, çox güman ki, komandası uzun müddət topa nəzarət etmək məcburiyyətində qalmayacaq".

Qeyd edək ki, AFFA Santuşla 3+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right