"Sabah" daha bir legioneri ilə yollarını ayıracaq

"Sabah" daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.

Newsport.az saytına verilən məlumata görə, Masazır klubu Kristian Sebalyos və Davit Volkovdan sonra Maruan Hadudiyə də yeni mövsüm üçün ehtiyac duymayıb.

Belə ki, mərakeşli müdafiəçinin müqavilə müddəti artırılmayacaq. 32 yaşlı mərkəz müdafiəçisinin müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Halbuki, müqaviləyə əsasən klub onunla daha bir illik müqavilə imzalaya bilərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right