"Şamaxı"da albaniyalı forvard Rəsmi

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Newsport.az xəbər verir ki, bölgə klubu heyətini legioner futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqaya geri dönən klub Belajdi Pusini heyətinə qatıb. Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.

O, ötən mövsüm "Turan Tovuz"da keçirib. Bununla yanaşı, 26 yaşlı forvard "Skenderbeu" və "Vlajniya"da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right