“Şamaxı” növbəti transferini açıqladı

“Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Newsport.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb.

Bu yay “Zirə”dən ayrılmış Muradovla bir illik müqavilə imzalanıb.

“Şamaxı” daha öncə “Səbail”dən ayrılmış Adil Nağıyev və Rafael Məhərrəmli ilə də müqavilə bağlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right