Şahin Diniyev Bolqarıstan klubunda oynayan ispanı istəyir

"Səbail"in maraqlandığı futbolçulardan birinin adına aydınlıq gəlib.

Newsport.az saytına verilən məlumata görə, Bayıl klubunun istədiyi futbolçu Qorka Larrukeadır. 

Şahin Diniyevin diqqətini cəlb edən ispaniyalı futbolçu hazırda “Etar”a məxsusdur. Onun Bolqarıstan klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

31 yaşlı yarımmüdafiəçi karyerası ərzində İspaniyada “Gernika”, “Real Union”, “Amorbieta”, Rumıniyada isə “Dinamo”(Buxarest) klubunun formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right