Yeni mövsüm hazırlıqlarını davam etdirən “Füzuli” komandası baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət edib.
Newsport.az-ın məlumatına görə, Türkiyə və Azərbaycanın futbol aləmində yetərincə tanınan İbrahim Uzunca, bundan sonra əyalət klubunun uğurları üçün çalışacaq.
62 yaşlı, UEFA PRO kateqoriyalı və TFF 1-ci liqasında çalışmış məşqçi ilə, 3 illik müqavilə imzalanıb.
Uzunca daha əvvəl “Lokomotiv Biləcəri”, “Bakı” FK, “Şahdağ” Quba və “Xan Lənkəran” klublarının çalışdırıcısı olub.
Türkiyədə isə – “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir” və “Osmaniyespor” klublarının baş məşqçisi postunda çalışıb.
“Füzuli” yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq.