"Şamaxı" növbəti mövsüm ərəfəsində heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, geridə qalan mövsümdə komandanın kapitanı olan Emin Zamanovla yeni müqavilə imzalanıb.
Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.
Bölgə təmsilçisi daha əvvəl Səbayıl Bağırov və Abdulla Seydəhmədovla da yeni müqavilə bağlamışdı.