"Şamaxı" daha bir futbolçunun keçidini reallaşdırmağa yaxındır.
Newsport.az-ın məlumatına görə, bölgə klubu "Səbail"dən ayrılan Rafael Məhərrəmli ilə anlaşıb.
Ayxan Abbasov U-21 yığmamızın sabiq üzvünü sərəncamında görmək istəyib.
Artıq tərəflər arasında razılıq əldə olunub.