"Qarabağ" Musanı transfer etdi Rəsmi

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Musa Qurbanlını heyətinə cəlb edib.

Azərbaycan klubu ilə 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan millimizin üzvü 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
 
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb, 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right