I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.
Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.
yer
|
komanda
|
oyun
|
tamaşaçı
|
orta
|
1
|
Karvan
|
14
|
16910
|
1208
|
2
|
İmişli
|
12
|
11090
|
924
|
3
|
Şamaxı
|
13
|
9400
|
723
|
4
|
Mingəçevir
|
13
|
8330
|
641
|
5
|
Zaqatala
|
14
|
6250
|
446
|
6
|
Araz Saatlı
|
14
|
3870
|
276
|
7
|
Qaradağ Lökbatan
|
14
|
2795
|
200
|
8
|
Difai Ağsu
|
14
|
1330
|
95
|
9
|
MOİK
|
13
|
1075
|
83
|
10
|
İrəvan
|
12
|
920
|
77
|
|
Cəmi
|
133
|
61970
|
466
|