Kadi Murad Musayevə “Qarabağ”a qayıtmaq istədiyini deyib

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borqesin “Qarabağ”a qayıtmaq ehtimalı gündən-günə artır.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli oyunçunun meneceri ilə danışıq aparılır.

Azərbaycan çempionunun braziliyalı üçün artıq “Krasnodar” rəhbərliyinə rəsmi təklif göndərdiyi də vurğulanıb. Hazırda klublar arasında keçidin detalları müzakirə edilir.

Kadi özü də “Qarabağ”a qayıtmaq arzusundadır. Futbolçu hətta Rusiya klubunun baş məşqçisi Murad Musayevə də bu barədə məlumat verib. O, danışıqların sürətli keçməsi üçün menecerinə göstəriş verib.

Qeyd edək ki, Kadi Borqes 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”ın formasını geyinib. Hücumameyilli oyunçunun “Krasnodar”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right