Xəbər verdiyimiz kimi, “Sabah”ın U-19 komandasının üzvü Amid Alxasov çayda boğularaq faciəvi şəkildə həlak olub.
Newsport.az-ın məlumatına görə, gənc oyunçu ötən gün keçirilən “Qarabağ” və “Səbail” klublarının U-16 komandalarının oyununda yad edilib.
Onun xatirəsinə matçda bir dəqiqəlik sükut elan edilib.
Qeyd edək ki, Amid Alxasov “Səbail”in U-17 və U-19 komandalarında çıxış edib.