"Zirə" sabiq hücumçusu ilə ikiillik müqavilə imzalayıb

"Zirə" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Davit Volkovla anlaşıb.

Forvardla ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right