AFFA prezidenti Fernandu Santuşla görüşdü

AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün Azərbaycan millisinin yeni  baş məşqçisi Fernandu Santuşla görüşüb.

Newsport.az xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right