Kurban Berdıyev Azərbaycana nə vaxt gələcək?

"Turan-Tovuz”un vitse-prezidenti Əli Balakişiyev Kurban Berdıyevin komandanın yeni baş məşqçisi olacağını təsdiqləyib.

Newsport.az "РИА Новости" agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcəyi gözlənilir.

İddiaya görə, Berdıyev məhz həmin gün “Turan Tovuz”la müqavilə imzalayacaq. Tanınmış mütəxəssis hazırda "Dinamo” (Mahaçqala) klubunun prezidentinin müşaviri vəzifəsində işləyir. Bundan əvvəl isə o, komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Kurban Berdıyev “Kayrat”, “Gənclərbirliyi”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarında baş məşqçi olub.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right