"Sumqayıt" Dosso ilə yolları ayırıb

"Sumqayıt" klubu legioneri Abu Dosso ilə yolları ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Rəhbərlik Kot d’İvuarlı futbolçu ilə yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda iştirak edib. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right