Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarladı

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov yığmanın heyətində qol rekorduna şərik olub.

Newsport.az xəbər verir ki, “Neftçi”nin kapitanı Qurban Qurbanovun vurduğu 14 qolluq rekordu təkrarlayıb.

32 yaşlı yarımmüdafiəçi Qazaxıstanla yoldaşlıq matçında rəqib qapısına yol tapmaqla bu uğura imza atıb.

Onun vuracağı daha bir qol Azərbaycan millisinin bombardiri olması ilə nəticələnəcək.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right