Arif Əsədov: "Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdır"

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan seçməsini 3:2 hesabı ilə məğlub edib.

Newsport.az-məlumatına görə, yığmamızın baş məşqçisi Arif Əsədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İstəyərdim ki, futbolçuarımı təbrik edim. Xarakter göstərdilər. Mövsümün sonudur, yorğunluq var. Buna baxmayaraq, xarakter göstərib hesabı 0:2-dən 3:2 etdik. Komandamıza təşəkkür edirəm. Hamı əlindən gələni etdi ki, psixoloji problem olmasın. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Futbolçulara təlimat verəndə demişdik ki, onların ən təhlükəli silahı standart vəziyyətlərdir. Qorxduğumuz başımıza gəldi. Növbəti qolu buraxdıq. Amma xarakter göstərib qalib gəldik. Hamını təbrik edirəm.

- Əsl sağ cinah müdafiəçisi olanda, komanda daha yaxşı oynayır? Amin Seydiyev ən yaxşılardan idi...

- Yoldaşlıq görüşlərinin önəmi odur ki, hansısa eksperimentlər apara bilirik. Millətlər Liqasının oyunlarında yeni baş məşqçi biləcək ki, hansı formada komanda necə oynaya bilər. Bəzi mövqelərdə oyunçulardan istifadə edə bilərik.

- Sizi mənfi mənada düşündürən və müsbət mənada sevindirən məqam nədir?

- Mənfi odur ki, Albaniyaya qarşı da yaxşı oynadıq. Heç-heçəyə layiq idik. Müsbət cəhətlər çoxdur. Komandada xarakter formalaşdı, birlik var. O baxımından gələcəyə ümidlə baxırıq.

- Oyunun startında komanda iki qol buraxdı. Komanda sınmır, amma futbolçular oyuna gec girir. Yəqin ki, bu yaxşı hal deyil?

- Təbii ki, dediyiniz hallar heç də yaxşı deyil. Amma standart vəziyyətdən qol buraxdıq, Albaniya görüşündə səhvdən sonra buraxmışdıq. Oyuna başlayanda konsentrasiyanı artırmaq lazımdır. 

- Hiss etdiz ki, komanda bu gün daha çox sevildi?

- Kim tərəfdən?

- Futbol ictimaiyyəti...

- Hamımız oxuyuruq. Albaniyaya uduzsaq da, komandaya inam var idi ictimaiyyət və media tərəfdən. Bu futbolçulara da təsir edir. Bu oyunda da futbolçular əvəzini iki qat verdilər.

- Millidə baş məşqçi əvəzi kimi çalışırsız, komanda pis futbol oynamır. Bəlkə, AFFA rəhbərliyinə deyəsiz ki, elə qarşıdakı Millətlər Liqasına millini siz çıxarasız? 

- Çalışıram ki, öz işimi görüm, əməlimlə işimi göstərim. Dörd ildir ki, millidəyəm. Həmişə düşünürdüm ki, dörd ildir millidə köməkçiyəm. Mən ümumiyyətlə, yalnız millidə köməkçi işləyərəm, klublarda heç vaxt. Həmişə düşünürdüm ki, heç kim fikirləşməsin gəlirəm millidə yola verirəm, kölgə altında gizlənirəm. Xarici məşqçilər olanda onlara da əlimdən gələn köməkliyi göstərirdim. Məni milliyə AFFA təyin edib. Deyirdim ki, hansısa şans düşsün, mən onun əvəzini məşqçi kimi verə bilim. Dörd oyundur ki, komandanı meydana çıxarıram. Azdan-çoxdan çalışdım ki, etimadı doğruldum. 

- AFFA rəhbərliyində olsaydınız, Arif Əsədovu baş məşqçi postunda saxlayardız?

- Bu suala cavab vermək çətindir. Tək özüm üçün demirəm. Yerli məşqçiləri təmsil edirəm. Bizdə də gənc məşqçilər var. Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right