Qazaxıstan millisinin məşqçisi: "Məğlubiyyət xoş deyil"

Qazaxıstan milli komandası yoldaşlıq görüşündə Azərbaycana 2:3 hesabı ilə məğlub olub.

Newsport.az-məlumatına görə, məşqçi Ruslan Baltiyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlamalar verib:

"Bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi. Çünki qol epizodları bol idi. İki layiqli rəqib qarşılaşırdı. Belə oyundan sonra Azərbaycanı təbrik edirəm. Düşünmürəm ki, təkcə cərimə zərbəsindən buraxdığımız qola görə uduzduq. Çünki iki qol buraxmışdıq. Sadəcə konsentrasiya çatışmadı və uduzduq. 

Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Yoldaşlıq görüşüdür".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right