2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib

2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.

Newsport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.

Azərbaycan I Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla”, II Liqada çıxış edən klublar isə eyni şirkətin istehsalı olan “Adidas Tiro Pro”dan istifadə edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right