Stanislav Çerçesov Azərbaycanla oyunu tirubunadan izləyəcək

Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov Azərbaycanla keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə komandasına rəhbərlik etməyəcək.

Newsport.az "Sport24.ru" saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilet Barmenkulov açıqlamasında deyib.

Rusiyalı mütəxəssis iyunun 11-də rəsmən yığmaya baş məşqçi təyin olunsa da, həmin gün Azərbaycan millisinə qarşı baş tutacaq matçı tribunadan izləyəcək.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right