Azərbaycan Qazaxıstanı məğlub etdi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.

Newsport.az-məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz əvvəlcə oyunda 0:2 hesab ilə geri düşsə də, daha sonra geri dönüş edərək 3 qol vurub. 

Oyun millimizin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.

11 iyun

Yoldaşlıq oyunu

18:00. Azərbaycan - Qazaxıstan - 3:2

Qollar: Yan Voroqovskiy, 2 (0:1), Maksim Somorodov 29 (0:2), Mahir Emreli, 42 (1:2), Emin Mahmudov, 50-pen. (2:2), Toral Bayramov, 73 (3:2)

“Haladas SportKomplexum”, Sombatxey





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right