Azərbaycan yığması yoldaşlıq turnirində sonuncu oyununu keçirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.

U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub – 0:5.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right