“Qarabağ” ilk transferini rəsmən açıqladı

“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, Ağdam klubu qapıçı Fabiyan Buntiçi heyətə cəlb edib.

Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər bu komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, Ağdam klubunun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right