"Qarabağ" və "Neftçi" gerilədi, "Zirə" və "Sabah" irəlilədi Dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 507 komanda yer alıb. 

Reytinq cədvəlində Azərbaycanın 4 klubu var. "Qarabağ" əvvəlki reytinqlə müqayisədə 5 pillə geriləyib. Ağdam təmsilçisi hazırda 183,75 xalla 53-cüdür.

"Zirə" və "Sabah" sıçrayış edib. "Zirə" 15 pillə irəliləyərək 62,25 xalla 369-cu, "Sabah" isə 17 pillə irəliləyərək 60,75 xalla 388-ci olub.

"Neftçi" 5 pillə geriləyib. Bakı klubu 59,25 xalla 403-cüdür.

Qeyd edək ki, dünya reytinqinə 401 xalla “Mançester Siti” liderlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right