Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz”in qonağı olan "Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə keçirir.
Newsport.az-ın məlumatına görə, Gəncə klubuilə matça hazırlaşan cənub təmsilçisinin heyətində problemlər var. Belə ki, bir müddətdir zədəli olan Orxan Əliyev artıq məşqlərə başlayıb. O, fərdi məşqlərlə kifaytələnir. Digər zədəli Rasim Ramaldonov isə ümumiyyətlə məşqlərdə iştirak etmir. Bakıda müalicə alan futbolçu yaxın zamalarda sıralara qoşulacaq.