Rusiya və Azərbaycan millisinin oyunu üçün danışıqlar aparılır

Rusiya Futbol İttifaqının (RFİ) rəsmiləri Azərbaycan, Ermənistan və Qazaxıstandan olan həmkarları ilə milli komandaların mümkün yoxlama görüşləri ilə bağlı danışıqlar aparır.

Newsport.az xəbər verir ki, bu haqda RFİ-nin baş katibi Maksim Mitrofanov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

"Biz bu federasiyalarla da danışıqlar aparırıq. Amma Avropa komandaları ilə oyun keçirmək üçün razılaşmaq olduqca çətindir. UEFA-nın digər konfederasiyalardan fərqli olaraq, sıx təqvimi var. Bura Avropa çempionatlarına əlavə vəsiqələr verən Millətlər Liqası yarışı da daxildir. Yoldaşlıq görüşləri üçün demək olar ki, pəncərə qalmır” - deyə o bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar bu ölkənin milli komandası UEFA və FİFA yarışlarından xarici edilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right