“Bu, Musa Qurbanlıya da aiddir”

“Yurqorden”in baş məşqçisi Tomas Laqerlöf Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandada çox oynamaq şansı əldə edə bilməməsinə növbəti dəfə toxunub.

Newsport.az xəbər verir ki, çalışdırıcı bunu oyunçuların hazırlıq durumu ilə əlaqələndirib.

Onun fikrincə, məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçular matçlarda şans qazanırlar. Laqerlöf əlavə edib ki, Musanın “Yurqorden”in U-21 komandasında yaxşı çıxışı onun xeyrinə işləyə bilər: “Hər oyundan sonra futbolçulara deyirəm ki, rəqabətli vəziyyətdir, heyətdə 20 nəfər yer ala bilər. Allsvenskan və ya U-21-də oynamalarından asılı olmayaraq, özünü yaxşı tərəfdən göstərənlər diqqətimizdən yayınmır. Bu, Musa Qurbalıya da aiddir, digərlərinə də. Musanın özünə dedim ki, biz hamının heyətdə yer almasını istəyərdik. Ancaq indiki halda bu, mümkün deyil”.

Qeyd edək ki, Musa Qurbanlının yay fasiləsində “Yurqorden”dən ayrılması gözlənilir. Hazırda Azərbaycan millisinin düşərgəsində olan forvardın İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right