"Səbail"də daha bir müqavilə

“Səbail” yeni mövsümə hazırlıq məqsədi ilə transfer işlərini davam etdirir.
 
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Süleyman Əhmədovla başa çatan müqavilənin müddətini yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.  
 
Qeyd edək ki, Əhmədov "Səbail"in heyətində ötən mövsüm Premyer Liqada 12 oyunda (565 dəqiqə) meydana çıxıb.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right