“Qarabağ”ın müdafiəçisi oynadı, De Bruyne yubileyini qeyd etdi

Monteneqro ilə yoldaşlıq görüşü Belçika millisinin yarımmüdafiəçisi Kevin de Bruyne üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, kapitan yığmanın heyətində 100-cü görüşünü keçirib.

İlk 45 dəqiqədə meydanda olan de Bruyne yubileyini 44-cü dəqiqədə vurduğu qolla qeyd edib. Brüsseldə baş tutan matç belçikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç də bu görüşdə iştirak edib. O, 70 dəqiqə Monteneqro yığmasının formasında mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right