II Liqaya vəsiqə qazanan komanda müəyyənləşdi

Bu gün Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

Newsport.az xəbər verir ki, AFFA Region Liqası təmsilçisi "Hypers" son mövsümdə 2-ci liqada mübarizə aparmış "Şəfa" ilə qarşılaşıb. "ASCO Arena"da keçirilən oyunda "Hypers" 2:1 hesablı qələbə qazanıb.

Bu komandalar arasında ilk görüşdə də "Hypers" 2:0 hesabı ilə qalib gəlmişdi. Bununla da "Hypers" rəqibini ümumilikdə 4:1 hesabı ilə məğlub edərək növbəti mövsüm II Liqada mübarizə aparmaq hüququ qazanıb. 

Qeyd edək ki, "Hypers" AFFA Region Liqasının son mövsümündə 2-ci yeri tutub. "Şəfa" isə isə II Liqanın 2023/24 mövsümünü 18 xalla 13-cü pillədə başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right