"Turan Tovuz" futbolçusu Alexandro Serrano ilə yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarmmüdafiəçi ilə müqavilənin müddəti 2024/2025-ci illər mövsümünün sonunadək uzadılıb.
Qeyd edək ki, Serrano ötən ilin yayından "Turan Tovuz"da oynayır.