"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Newsport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb klubunun braziliyalı legioneri Aleks Souza 2 illik yeni sözləşməyə imza atıb.
Qeyd edək ki, "Turan Tovuz" bu gün Şəhriyar Əliyevlə "1+1" illik müqavilə bağlayıb.