"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb.
Newsport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illərdə “dənizçilər”in formasını geyinib. Ümumilikdə 80 oyuna çıxan futbolçu 20 qol vurub, 8 məhsuldar ötürmə edib.