Azərbaycanda futbol coğrafiyasının genişlənməsi, 2-ci Liqanın yaradılması, əvəzedicilər Liqasının 1-ci Liqadan ayrılması, Azərbaycan Kubokunda rekord sayda komandanın mübarizə aparması, hər yer, medallar uğrunda mübarizənin getməsi, avrokuboklara gedən komandaların son anda müəyyənləşməsi mövsümün qeyri-adi olmasının əsas göstəricisidir. Bütün bunları biz Azərbaycan futbol ailəsinin uğuru hesab etməliyik.
Eyni zamanda, bütün bu şərəfli və ağır yükü çiyinlərində daşıyan əməkdaşlarımızın əməyi isə sözlə ifadə olunmazdı. Düşdüyümüz məlum qəzadan sonra tez toparlana bildik, yıxılmadıq, davam elədik. Elxan Səmədov və Aslan Şahgəldiyev çox ağır durumda olsalar da, işdən bir an belə kənarda qalmadılar. Elxan müəllim ən ağır əməliyyatlardan sonra belə lazimi göstərişlərini verdi, Aslan müəllim heç bir halda işdən qopmadı, xəstəxana otaqları həm də bizim iclas otaqlarımız oldu. Yıxılsaq da, yenidən ayağa qalxmağı, davam etməyi bacardıq. Ən vacib məsələ budur.
Bu ağır periodda bütün əməkdaşlar fədakar komandanın bir üzvü kimi ürəylərini işə qoydular. Onsuz da sadəcə işçi kimi, əməkdaş kimi yanaşmaqla bu qədər işin öhdəsindən gəlmək mümkün deyildi, buna ürək lazımdır! PFL bir kollektivdən, bir komandadan daha üstün oldu – böyük, güclü, mənəvi dəyərləri hər zaman ön planda tutan, xarakterini ortaya qoyan, dəmir iradəli, bir amal uğrunda mübarizə aparan sağlam düşüncəli AİLƏ kimi davrandı, mübarizə apardı.
Gördüyünüz bu şəkil tam deyil, həmin vaxt kompüter arxasında oturub cari işləri görənlər bu şəkildə yoxdu, əmanətlərimiz olan şəhid övladları ilə hazırda Qəbələ səfərində olan bir qrup əməkdaşımız bu şəkildə yoxdu, bu və ya digər səbəbdən müxtəlif yerlərdə olan bir sıra əməkdaşımız bu şəkildə yoxdu və ən əsası – bütün proseslərə rəhbərlik edən Elxan müəllim bu şəkildə yoxdu.
İnşallah ən qısa zamanda bu şəkilin tam olması diləyi ilə... Bizi öldürməyənlər, bizi gücləndirir. Hər şey daha yaxşı olacaq.
Ad çəksəm, kimisə unuda bilərəm, ona görə də ümumulikdə bu mövsümdə bizə dəstək olan, ən ağır günlərimizdə bir an belə bizi tək qoyman hər hər kəsə öz təşəkkürümüzü bildiririk.
Elgiz Abbasov/ Peşəkar Fubol Liqasının Texniki İdman Şöbəsinin rəisi