"Zirə" icarəyə götürdüyü müdafiəçini birdəfəlik transfer edib

"Zirə" icarə əsasında komandada çıxış edən futbolçu Fuad Bayramovu "Şamaxı"dan birdəfəlik transfer edib.

Newsport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu icarə müqaviləsində yer alan bənddən yararlanaraq 25 yaşlı müdafiəçini heyətinə qatıb.

Qeyd edək ki, Fuad Bayramov ötən mövsüm "Zirə"nin formasını geyinib. O, komanda ilə Premyer Liqada və Azərbaycan Kubokunda gümüş müfakatçı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right