Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün üçüncü matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, yığma İsrail ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Milli ilk matçında İrlandiyaya (0:1), daha sonra isə Türkiyəyə (1:12) uduzub. İsrail isə həmin komandalara müvafiq olaraq 1:2 və 0:6 hesabı ilə məğlub olub.