Tahir Gözəl: "İnanıram ki, "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupuna aparacaq"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra açıqlamalar verib.

Newsport.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:

- Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq. 

- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdiBukomandaya necə təsir edəcək?

- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.

- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişibHazırkı formatda "Qarabağ" qrupa düşə bilər?

- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right