Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında ilk oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda Belçika millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb
Azərbaycan millisi iyunun 3-də İtaliya ilə qarşılaşacaq. Komandamız iyunun 4-də Fransa ilə üz-üzə gələcək.
Avropa çempionatı
13:00. Belçika - Azərbaycan - 0:3
Qollar: Vüsal İsayev, 25+1, 35, Samir Həmzəyev, 39